1 dəq oxudum

Su insan bədəninin zəruri komponentidir və  insan hüceyrələrinin normal fəaliyyət göstərməsində mühüm rol oynayır. 

Orqanizmimizin  təxminən 65 %- ni  su təşkil edir. İnsan orqanizmi susuz uzun müddət yaşaya bilməz. 

Atletlər üçün bədəndə maye balansını saxlamaq diqqət tələb edən məsələlərdən  biridir.

Bədənin maye balansını yoxlamağın ən sadə üsulu sidik rəng şkalasından istifadə etməkdir.( cədvəl 1)

İntensiv məşqlər   bədəndə  maye ilə bərabər  elektrolitlərin də itkisinə səbəb olur.

Vaxtında bərpa olunmazsa iş qabiliyyətinin aşağı düşməsinə,bədən temperaturunun artmasına və müxtəlif istilik xəstəliklərinə səbəb ola bilər. 

Beynəlxalq İdman  və Səhiyyə təşkilatları  atletlərə məşqdən əvvəl,məşq zamanı və məşqdən sonra  maye qəbulunu tövsiyyə edir. 

Məşqdən əvvəl  

  • Məşqdən 2- 3 saat əvvəl 500- 600 ml maye qəbulu
  • Məşqdən 10-20 dəqiqə  əvvəl 200- 300 ml maye qəbulu

 Məşq  müddətində 

  • Əgər məşq müddəri 60 dəqiqədən azdirsa hər 15- 20 deqiqədə 200-300 ml su.
  • Əgər məşq 60 dəqiqədən chox çəkərsə  hər 15-20 dəqiqədə 200-300 ml 5-8 % li karbohidrat və elektrolitli idman içkisi qəbul etmək lazımdir.
  • Maye qəbulu zamanı tər ifrazatı nəzərə alınmalıdır.Tər ifrazatından asılı olaraq bu miqdar artırıb azaldıla bilər.

 Məşqdən sonra 

  • İtirilmiş çəkinin hər kiloqramı üçün 1- 1.2 litr maye qəbulu tövsiyə olunur.
  • İdmançı məşqdən əvvəl və sonra çəkilərini  müqayisə edərək qəbul ediləcək  maye miqdarını təyin edə bilər.

Sidik rəng şkalası ( cədvəl 1)